İkinci Şəhidlər xiyabanında Milli Qəhrəman Polad Həşimovun xatirəsi yad edilib. Bu haqda 2 yanvar tarixində Bakuplus.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Bu gün general-mayor Polad Həşimovun doğum günündür. Müdafiə Nazirliyinin bir qrup zabiti, Vətən müharibəsi iştirakçıları, ictimaiyyətin nümayəndələri, eləcə də Milli Qəhrəmanın ailə üzvləri onun məzarını ziyarət ediblər. Şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla anılıb.
P.Həşimov 14 iyul 2020-ci ildə Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub və ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” Fəxri adına layiq görülüb.