Qaradağ rayonunda yolların pis vəziyyətdə olması sakinlərin narahatlığına səbəb olur. Bu haqda 5 fevral tarixində Bakuplus.az-a məlumat daxil olub.
Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsində asfalt örtüyü yeyilib və yararsız vəziyyətə düşüb. Həmçinin yol boyunca əmələ gəlmiş çuxurlar avtomobillərin hərəkətinə maneə törədir. Ərazidə yaşayan insanların sözlərinə görə, payız-qış aylarında, əsasən də yağıntılı havada bu küçə daha da keçilməz olur.
“Yağış yağanda bu yollarda gölməçələr yaranır. Bura ya asfaltın döşənməsini, ya da ən azından çuxurların yamaqlanmasını istəyirik”, – sakinlərdən biri bildirib.