Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsinin Cənub qapısı adlanan yaşayış massivində işıqforun olmaması sakinlərə çətinlik yaradır. Bu haqda bu gün, 18 yanvar tarixində Bakuplus.az ARB Media-ya istinadən xəbər verir.
Sözügedən ərazidə işıqforun dirəkləri quraşdırılıb, lakin işıqları yoxdur. Bu vəziyyət sakinləri narahat edir, onlar yolu keçən zaman həyatlarını təhlükəyə atmağa məcbur olurlar.
Əlavə olaraq həmin ərazidə içməli su borusu partlayıb. Nəticədə ərazidə gölməçə əmələ gəlib.
Hər iki məsələ ilə əlaqədər aidiyyəti qurumlardan rəy bildirilməyib.