top
Çöldə qalan alimə yardım edilib – YENİLƏNİB
01 aprel 2024, 06:40
- ↺ +

Çöldə qalan alimə yardım edilib – YENİLƏNİB

Bir neçə gündür küçədə gecələyən professor Fazil Qaraoğlu ilə bağlı məsələ Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb.

Fond alimin 1 illik kirayə haqqını ödəyəcəyini bildirib.

14:42 - Çöldə qalan alim haqda yeni xəbər var

Nigar Köçərli çöldə qalan professoru ziyarət edib. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az iş xanımına istinadən xəbər verir.

İş xanımının sözlərinə görə, alim acınacaqlı vəziyyətdədir və bu hal qəbuledilməzdir.

Professor Fazil İsmayılov 14 il Ankarada Gazi Universitetində çalışıb. Prezident Ərdoğanın şəxsi tapşırığı ilə Osmanlı arxivlərində araşdırma aparmaq icazəsi alıb.

“Ermənilər və Həqiqətlər – sənədlərdə” mövzusunda ümumilikdə 5000 səhifədən çox 7 cilddə kitab yazıb və nəşr etdirib. Buna görə ermənilər onu ölümlə hədələməyə başlayıblar. Təhlükəsizliyini təmin etmək üçün Bakıya qayıdıb. 17 ildir kirayələrdə yaşayır.

Müqəddəs Quran kitabını ilk dəfə hər iki dilə, həm Azərbaycan, həm də rus dillərinə çevirən tək mütərcimdir.

Bu vaxta qədər Türkiyə Böyük Millət Məclisində çıxış edən 2-ci vətəndaşımızdır. Tərcümə etdiyi Quran kitabından 500 ədəd Heydər Əliyev Fonduna bağışlayıb.

Ensiklopedik biliyə sahib olan millətçi bir alimdir.

“Yaşadığı mənzilin kirayə haqqını verə bilmədiyindən atıblar küçəyə. İstədim özümlə aparım, hoteldə yer təklif etdim. “Əlyazmalarımı, illərcə topladığım sənədləri burada qoyub gedə bilmərəm”, – deyir. Artıq 4 gecədir küçədə gecələyir. İcra nümayəndəsi deyib: “Yer tap, köç, kirayənin yarı haqqını biz ödəyərik”, – deyə Nigar Köçərli qeyd edib.

“Mən bu müqəddəs Ramazan günlərində imkanlı şəxslərə səslənirəm, müqəddəs Quran kitabını iki dilə çevirən 77 yaşlı bir alimin küçədə ölməsinə imkan verməyin. Fazil bəy çox istiqanlı, elədiklərini gözə soxmayan, son dərəcə nəcib bir insandır. Amma bu nəcib insanı məhz elə bu gecə itirə bilərik.

Ona mütləq ev verilməlidir, o yaşamalıdır”, – deyə o, əlavə edib.

[video width="1080" height="1920" mp4="https://bakuplus.az/storage/photos/2024/04/bu_gec-_ol-_bil-rprofessor_fazil_qaraoglu_ismayilov_14_il_ankarada.mp4"][/video]

Son xəbərlər

Xəbər
Bu gün, 14:20

Bloqerlərin reklam etdiyi "makler"ə HÖKM OXUNDU - 378 minlik DƏLƏDUZLUQ

Xəbər
Bu gün, 13:20

Bakıda sabahın hava PROQNOZU

Xəbər
Bu gün, 12:55

288 müəllim iş yerini dəyişir

Xəbər
Bu gün, 12:26

Böyükşor gölündəki yaşıl rəngin səbəbi YOSUNLAR İMİŞ - RƏSMİ

Xəbər
Bu gün, 12:20

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xəbər
Bu gün, 11:34

Hərbçilərin maaşı 22,8 faiz artacaq

Xəbər
Bu gün, 10:31

"Hazırda evdəyəm, özümü yaxşı hiss edirəm" - Tanınmış aktyor

Xəbər
Bu gün, 09:45

Maştağa və Buzovnada qaz kəsiləcək

Xəbər
Dünən, 18:00

Bakıda övladlarından imtina edən kişi həbs olundu

Xəbər
Dünən, 17:03

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi - FƏRMAN

Xəbər
Dünən, 16:07

Abadlaşdırılan həyətdə təhlükə: İki azyaşlını cərəyan vurub

Xəbər
Dünən, 15:53

Güləşçini qətlə yetirmişdi, həbsdə öldü

Xəbər
Dünən, 14:56

Təyyarədə ölən bacı-qardaşına görə pul davası aparırdı - İndi qətlə görə tutuldu

Xəbər
Dünən, 13:50

Bakıda kişi sükan arxasında öldü

Xəbər
Dünən, 12:55

Bakıda qonşusunu bıçaqla ürəyindən vuraraq öldürmək istəyən şəxsə AĞIR CƏZA

Xəbər
Dünən, 12:05

51 min manatlıq kombi oğurladılar, tutuldular

Xəbər
Dünən, 11:30

Suraxında xüsusi əməliyyat: saxlanılan var - VİDEO

Xəbər
Dünən, 10:52

Azərbaycanda cazın inkişafında mühüm rol oynayan Nuri Əhmədov vəfat edib

Xəbər
Dünən, 10:43

Bakıda DƏHŞƏT: 62 yaşlı kişi binadan yıxılıb öldü

Xəbər
Dünən, 10:02

"TikTok"dakı təhqir mübahisəyə səbəb oldu, yeniyetməyə ağır xəsarət yetirildi

Xəbər
Dünən, 09:26

Yasamal və Xəzərin bəzi ərazilərində işıq olmayacaq

Sabunçu
23 sentyabr 2026, 17:51

Bakıda ər arvadını çay qaşığı ilə döydü

Xəbər
23 sentyabr 2026, 17:46

Bakıda kişi onunla salamlaşmayan qonşusunun burnunu qırdı

Xəbər
23 sentyabr 2026, 17:08

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

Oxşar xəbərlər