Ölkə ərazisində tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi hazırda davam edir. Bu haqda bu gün, 19 iyul tarixində Bakuplus.az Bizim.Media-ya istinadən xəbər verir.
Mayın 1-dən etibarən 2024-2025-ci tədris ili üzrə Azərbaycan və digər bölmələr üzrə sərbəst qaydada məktəb və müəllim seçimi aparılır. Bu günə qədər ümumilikdə 122.000 uşaq qəbul edilib. Lakin tədris ili üçün məktəbə qəbulu proqnozlaşdırılan məktəbyaşlı uşaqların sayı ilə qeydiyyatdan keçənlərin sayı fərqlənir.
Ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması üçün I sinfə elektron qəbul prosesində mektebeqebul.edu.az saytında şəxsi kabinet yaratmaqla məktəb və müəllim seçmək mümkündür.