Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilib. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının, “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyi nümayəndələrinin və ekokönüllülərin iştirakı ilə Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib.
Aksiyada şəhid ailələri və aztəminatlı ailələrin üzvləri olan uşaqlar iştirak ediblər. Aksiyada iştirak edən uşaqlara ətraf mühitin qorunmasının vacibliyini aşılayan kitablar hədiyyə olunub.
Müşfiqabad qəsəbəsinin 2 hektar ərazisində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun ağaclar əkilib.