Dünyaca məşhur aktyor Stiven Siqal Bakıya gəlib. Bu haqda bu gün, 10 iyun tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Məşhur Hollivud ulduzu Azərbaycanın Xalq Artisti Emin Ağalarovun dəvəti ilə Bakıya gəlib. Onun adı həkk olunmuş ulduzun “Walk of Fame” xiyabanına quraşdırılma mərasimi baş tutub.
Stiven Frederik Siqal amerikalı aktyor, prodüser, ssenarist, kinorejissor, musiqiçi və aykido ustası kimi tanınır.
[video width="478" height="850" mp4="https://bakuplus.az/storage/photos/2024/06/whatsapp-video-2024-06-10-at-16.11.01.mp4"][/video]