Sosial şəbəkədə məşhurlaşmaq istəyən sürücü yol qaydasını pozub. Bu haqda 1 aprel tarixində Avtosfer.az məlumat verib.
Səbail rayonu, Neftçilər prospektində "BMW" markalı avtomobilin sürücüsü yol polisi əməkdaşının yanında avtomobillərin arasından keçərək ötmə və manevretmə qaydalarını pozub. Sürücünün arxasınca gələn dostları isə onun hərəkətlərini videoya çəkərək sosial şəbəkədə paylaşıb.
Sürücünün videosu sosial şəbəkədə yayılıb. İddia olunur ki, sürücü bununla şəbəkədə gündəmə gəlmək istəyib.