Bakıda və Gəncədə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzləri fəaliyyətə başlayıb. Bu haqda bu gün, 2 iyul tarixində Bakuplus.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən məlumat verir.
Layihənin məqsədi məişət zorakılığından zərər çəkmiş şəxslərin rifahının yaxşılaşdırılması, hüquqlarının qorunması, eləcə də cəmiyyətdə hərtərəfli və ahəngdar inkişafının təmin edilməsidir.
Mərkəzlərin xidmətlərindən yararlanmaq istəyənlər Sosial Xidmətlər Agentliyinin regional filiallarına, eləcə də sosial şəbəkə hesablarına müraciət edə bilərlər.