Bakının Sabunçu rayonu, Zabrat-Kürdəxanı yolunun kənarında yerləşən Məmmədli gölünün ərazisinə atılan tullantılar yandırılır. Bu haqda bu gün, 15 iyun tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.
Gölün tikinti və məişət tullantıları ilə çirkləndiyi bildirilir. Ətrafdakı ərazi tullantıların yandırılması nəticəsində yaranan tüstü ilə əhatə olunub.
Ötən il həmin ərazidə yaşayan sakinlərin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayətindən sonra ərazi hasara alınıb.