Xəzər rayonunda qaz kəsiləcək. Bu haqda bu gün, 4 dekabr tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
Mərdəkan qəsəbəsi ərazisində qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi ilə ələqədar 5 dekabr saat 10:00-dan etibarən Mərdəkan bağları yaşayış massivində 2000 abonentin qazı olmayacaq.
Məhdudiyyət gün ərzində davam edəcək.