Sabiq gənclər və idman naziri mərhum Azad Rəhimovun oğlu Arif Rəhimov Abşeron yarımadasının Xəzərdəki ən ucqar nöqtəsi Şah Dilidə paraşütlə tullanıb. Bunu əks etdirən videogörüntüləri o, ötən gün öz İnstagram səhifəsində yayıb.
Rəhimov paratraykla (yamac paraşütün növü) sərnişin qismində səmaya qalxaraq oradan paraşütlə skaydayvinq üsulu ilə tullanıb. Bu, ölkədə ilk skaydayvinq uçuşu olub.
Arif Rəhimov 7 il ərzində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktor vəzifəsində çalışıb.
View this post on Instagram