Xəzər rayonu, Buzovna qəsəbəsində su xətləri çəkilir. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az xəbər verir.
Kommunal işlər Maştağa yolunun adıçəkilən qəsəbə ərazisindən keçən hissəsində aparılır. Avtomobil yoluna xüsusi texnika cəlb olunub, ərazidə qazıntı işləri aparılır. Hərəkət qismən məhdudlaşdırılıb.
İşlərin bir neçə gün davam edəcəyi gözlənilir.