Makaronun qablaşdırılmasında siçanın olması ilə bağlı açıqlama verilib. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
“Azərsun Holdinq” “Saville” makaronunun qablaşdırılmasında siçanların olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirib.
Bildirilib ki, makaron məhsulları çoxmərhələli yoxlamalardan keçərək, insan əli dəymədən havasız paketlərə qablaşdırılır.
“Bunu nəzərə alaraq, belə bir hadisənin baş verməsinin qeyri-mümkün olduğunu əminliklə söyləmək olar. Bəzi media orqanlarının bu saxta məlumatın yayılmasında rol oynayaraq insanları çaşdırmasından təəssüfümüzü bildiririk. Məsələ ilə bağlı zəruri dəlillər toplanılaraq, hüquq-mühafizə orqanlarına müraciət ediləcək” - şirkətin açıqlamasında bildirilir.
[video width="1080" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/07/document_5269578672058158902.mp4"][/video]