Bakının müxtəlif istiqamətlərində fəaliyyət göstərən “manatlıq” taksilərin qiymətinin artacağı bildirilir. Bu haqda bu gün, 1 iyul tarixində Bakuplus.az məlumat verir.
Sosial şəbəkələrdə yayılan məlumat görə, Xırdalandan “20 Yanvar”a və əks-istiqamətdə hərəkət edən manatlıq taksilərin sürücüləri sərnişinləri artıq 2 manat müqabilində aparırlar.
Daha öncə bildirilib ki, ölkədə Aİ-92 benzininin və dizelin qiymətləri qalxıb. Həmçinin ötən axşamdan taksi daşımaları da bahalaşıb. Bu, qüvvəyə minmiş yeni qaydalarla əlaqəlidir.