top
Mərasim evlərində ölünü dirildən qiymətlər - 4 000 manata menyu
23 yanvar 2025, 22:17
- ↺ +

Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4 000 manata menyu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son dövrlər Bakıda mərasim zalları artmağa başlayıb. Müşahidələr göstərir ki, insanlar yas mərasimləri üçün artıq çadırlara deyil, mərasim zallarına üstünlük verməyə başlayıblar.

Bunun bir neçə səbəbi var. Birincisi, Bakıda yaşayış binalarının həyətyanı sahələri kiçikdir. Çadırların qurulması avtomobillərin dayanmasını və hərəkətini məhdudlaşdırır. Digər tərəfdən, mərasim zalları yas sahibini əlavə işlərdən azad edir. Bəs bu komfort yas sahibinə hansı məbləğə başa gəlir?

Lent.az mərasim zallarında göstərilən xidmətləri və qiymətləri araşdırıb.

Məlum olub ki, Bakıda mərasim zalları üzrə sadə menyuların qiyməti orta hesabla 9-12 manat təşkil edir. Bu menyuya çay, halva, limon, şirniyyatlar, salat, dovğa və plov daxildir. Qonaqların sayına görə 100-150 nəfərlik zalları sifariş etmək daha bahadır (10-12 manat). 200-300 nəfərlik zalların sifarişi isə adambaşı 9 manata başa gəlir.

Qeyd edək ki, yas sahibinin istəyindən asılı olaraq menyuya meyvə, bozbaş və dolma da əlavə etmək olur. Bu isə əlavə 2-8 manata başa gəlir. Başqa sözlə, ən bahalı menyu adambaşı 14-20 manat təşkil edir.

Bütün mərasim zalları üzrə molla xidmətlərinin qiyməti standart olaraq 50 manat müəyyən edilib. Yəni, sadə menyu ilə 200 nəfərlik mərasim zalının sifarişi molla xidməti ilə birlikdə 2 050 manata, tam menyu ilə isə 2 850-4 050 manata başa gəlir.

Xətai rayonunda yerləşən tanınmış mərasim evlərindən birində adambaşına menyu qiyməti 100 nəfərədək 12, qonaqların sayı 200 nəfərdən yuxarı olduqda isə 10 manat hesablanır.

Bu ərazidə yerləşən digər bir mərasim evində isə menyuların qiyməti 250 nəfərədək 10, 250-dən yuxarı qonaq sayında isə 9 manata başa gəlir.

Binəqədi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən mərasim evinin administratoru bildirib ki, icarəyə götürülən 300 nəfərlik zal üçün ərzağın ev yiyəsi tərəfindən alınması baha başa gəlir:

"Əgər ehsan süfrəsini biz açırıqsa, adamın biri 10-12 manatdan hesablanır".

Mərasim evinin xidmətlərinə çadır təklifi də daxildir.

Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən mərasim evində 200-300 nəfərlik zallar fəaliyyət göstərir. Ehsan süfrəsinin 1 nəfər üçün qiyməti 10 manatdır.

Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsində fəaliyyət göstərən mərasim evi 150 və 250 nəfərlik zallardan ibarətdir. Kiçik zalın icarə haqqı 350 manat, böyük zalın isə 400 manatdır. Adam 150 nəfərdən çox olarsa, 1 nəfər üçün süfrə 10 manatdan hesablanır. 150 nəfərdən az olanda isə baha olur.

Nizami rayonu ərazisində yerləşən mərasim evlərindən birində qiymətləri araşdırarkən öyrəndik ki, zal 200-300 nəfəri əhatə edir və qiymət 12 AZN təyin olunub.

Son xəbərlər

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
04 noyabr 2026, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
04 noyabr 2026, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
04 noyabr 2026, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
04 noyabr 2026, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
04 noyabr 2026, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
04 noyabr 2026, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
04 noyabr 2026, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər