Mehdiabad-Pirşağı avtomobil yolunda itə işgəncə verən şəxslə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Bu haqda bu gün, 30 iyul tarixində Bakuplus.az Baku.ws-yə istinadən məlumat verir.
Videoda itlə rəhmsiz rəftara yol verən sürücü müəyyən olunub. Onun barəsində Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində qanunauyğun tədbir görülüb.
Daha öncə sosial şəbəkələrdə itin maşının arxasına bağlanılaraq sürüdüldüyü iddia edilib.
"İti maşının arxasına bağlayıb, avtomobili yüksək sürətlə idarə edirdi. Yoldan keçənlər etirazını bildirdi. İtin ayaqları bərbad günə düşmüşdü", - şikayət edən vətəndaş bildirib.