Bakı metropoliteni dəyişdirilmiş iş rejimində çalışacaq.
“Bakı Metropoliteni” QSC xəbər verir ki, “Qarabağ” Futbol Klubunun UEFA Çempionlar Liqası turnirinin pley-off mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi oyunla əlaqədar arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyası gücləndirilimiş iş rejimində çalışacaq.
Eləcə də “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq.
Qeyd edək ki, matç avqustun 28-də saat 20:45-da baş tutacaq.