Bakı Metropolitenində problem yaranıb. Bu haqda bu gün, 16 iyul tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
“Dərnəgül” stansiyasında maşinist monitorunda qapıların bağlanmaması işarə sistemi işə düşüb:
“Xətdə hərəkətin təşkilinə maneə yaratmamaq üçün həmin qatar digər qatarların hərəkət etmədiyi stansiya yoluna keçirilib. Qatara əlavə baxış keçirilib və proqram təminatı yenidən yoxlanılıb. Qatar baxış keçirildikdən sonra hər hansı problem müəyyən olunmadığı üçün yoluna davam edib”, – deyə qurumun mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.
Nəticədə ümumilikdə intervaldan əlavə, 4 dəqiqə yubanma yaranıb.