Bakının mərkəzində ilanlar peyda olub.
Bakuplus.az Xəzər Xəbər-ə istiandən xəbər verir ki, metronun “28 May” stansiyasının yaxınlığında ilanlar görüntülənib.
Sakinlərin bəziləri şəhərin mərkəzində ilanın üzə çıxmağını normal olduğunu desələr də, bəziləri bunun mümkünsüz olduğunu bildirir.
AMEA-nın Zoologiya İnstitutundan məsələ ilə bağlı bildirlib ki, Bakı ilanların təbii yaşayış yeri olub, ona görə də hələ də bu ərazilərdə ilanların görülməsi normal haldır.
“Dam ilanı kimi növlər uzun illəridir burada gizli həyat tərzi sürürlər. Tikililərdə olurlar adətən. Zərərsizdilər. Söküntü işləri olanda ilanlar ortaya çıxır və ya ətraf ərazilərdən daş, qum gətiriləndə biryerdə ilanlar da şəhərə gətirilir”, - deyə Zooloji muzeyin müdiri Səbinə Bünyatova bildirib.