Səhər saatlarında Bakı metrosunun bəzi stansiyalarında sıxlıq müşahidə edilir.
BakuPlus.az xəbər verir ki, metronun "Memar Əcəmi" stansiyasında sərnişinlər qatara minməyə çətinlik çəkirlər. Buna səbəb platformada sərnişin sıxlığının olması və qatarların gec gəlməsidir.
Sərnişinlər iddia edir ki, qatar 7 dəqiqə yubanıb.

Məsələ ilə bağlı "Bakı Metropoliteni” QSC-dən bildirilib ki, metronun "Azadlıq prospekti" stansiyasında vaqon qapılarına baxış keçirilməsi zərurəti yaranıb. Maşinist problem müəyyən etməsə də, təkrar baxış zərurətinə görə, qatar sərnişinsiz "Memar Əcəmi" stansiyasına yola salınıb. Dərhal əvəzinə qatar verilib. Nəticədə, "28 May" stansiyasına qədər intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb. Vaqon qapılarında problem olmadığından, qatar hərəkət qrafikinə uyğun xəttə qaytarılacaq.