Bakının Nəsimi rayonunun Mirəli Qaşqay küçəsi, 24 ünvanında təmir işləri davam edir. Bu haqda bu gün, 19 iyul tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə (RİH) istinadən xəbər verir.
Artıq ümumi yaşayış binasının fasadında və dam örtüyündə əsaslı təmir işləri aparılıb. Binanın yağış suları axıdan boru və navalçaları dəyişdirilib, giriş pilləkənləri təmir olunub, qapı və pəncərələri yeniləri ilə əvəzlənib.
Hazırda torpaq işləri görülür, tamet, bordür daşları vurulur, istinad divarları bərpa edilərək aqlay daşlarla üzlənilir.
Əlavə olaraq, yaşıllaşdırma, suvarma, işıqlandırma sistemlərinin çəkilməsi və təhlükəsizlik kameralarının quraşdırılması, oturacaqlar, müxtəlif növ uşaq-oyun elementlərinin və idman qurğularının quraşdırılması işləri nəzərdə tutulub.