Suraxanı rayonunda abadlıq işləri aparılır. Bu haqda bu gün, 7 iyul tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Təmir-bərpa işləri rayonun Əmircan qəsəbəsi, Ümmülbanu Mirzəqızı küçəsində (əvvəlki Məktəbli küçəsi) aparılır. Bu küçədə 5200 kv.m sahədə köhnə asfalt örtüyü sökülərək yenisi ilə əvəz olunur.
Hazırda rayonun digər qəsəbələrində də yol infrastrukturu yenidən qurulur. Küçələr və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.
[caption id="attachment_105633" align="alignnone" width="640"]
Foto Suraxanı rayon İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsi[/caption]