Suraxanı rayonunda abadlıq işləri davam edir. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Yenidənqurma işləri rayonun Əmircan qəsəbəsi, A.Rzayev küçəsində aparılıb. Layihə çərçivəsində sözügedən küçədə asfaltlanma işləri aparılıb. Daha sonra müvafiq yol cizgiləri çəkiləcək, nişanlar quraşdırılacaq.
Təmir-quruculuq işləri rayonun digər ərazilərində də davam edəcək.
[caption id="attachment_108606" align="alignnone" width="640"]
Foto Suraxanı Rayon İcra Hakimiyyəti[/caption]