Suraxanı rayonu, Əmircan qəsəbəsində qaz kəsiləcək. Bu haqda bu gün, 29 yanvar tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.
M.Mustafayev küçəsində qaz xəttinin şəbəkəyə qoşulmasi ilə əlaqədar rayonun A.Rzayev küçəsində 2000 abonentin qaz təchizatı dayandırılacaq.
Məhdudiyyət 30 yanvar saat 10:00-dan etibarən başlayacaq və gün ərzində davam edəcək.