Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində sakinlər suya həsrət qalıblar. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Sakinlərin sözlərinə görə, Cabir Əliyev küçəsi, döngə 1 ünvanında köhnə su xətləri yeniləndikdən sonra su həftədə bir dəfə və bir neçə saatlıq verilir.
“Evdə balaca uşaqlar var. Onların paltarlarını yuya bilmirik. Aramızda pensiyaçılar var. Ayda 3 dəfə su maşını çağırırlar. Suyu minimum 20, bəzən isə 30 manata gətirirlər. Bu insan dərmanına pul versin, suyuna versin, yeməyinə versin?!” – deyə sakinlər şikayət edirlər.
“Azərsu”ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, sözügedən ərazidə dayanıqlı su təchizatının təmin edilməsi üçün tədbirlər görüləcək.