Bakının Yaşıl teatrında 12, 13, 14 iyul 2024-cü il tarixlərində Miri Yusifin 3 günlük konsertinə biletlər bitsə də, əlavə biletlər satışa çıxarılıb. Bu haqda bu gün, 11 iyul tarixində Bakuplus.az Olay.az-a istinadən məlumat verir.
Konsertdə bütün oturacaq yerlərin biletləri satıldığı üçün artıq ayaqüstü zonanın biletləri də satışa çıxarılıb.
Xalq artistinin pəristişkarları biletləri iticket.az saytından əldə edə bilərlər. Konsertdən iki saat öncə fan-zona qurulacaq və sözügedən biletləri əldə edənlər 18:00-dan etibarən burada əylənə biləcəklər.