Köhnə “Montin” bazarı niyə bağlanıb? Bu haqda bu gün, 7 dekabr tarixində Bakuplus.az ARB-yə istinadən xəbər verir.
Bir zamanlar sərfəli qiymətlərlə tanınan “Montin” bazarı artıq bir neçə ildir fəaliyyət göstərmir. Ancaq bazarın yerində hələ ki, heç nə yoxdur.
“Bazar çox yaxşı işləyirdi. İndi bazardakı satıcılar ətrafdan obyektlər icarəyə götürüb işlədirlər. Açılsa, yaxşı olardı”, – deyə sakinlər bildirirlər.
Bildirilir ki, ərazidə tikinti işləri aparılmalı idi. Daha sonra yerin altından magistral kanalizasiya xəttinin keçdiyi məlum olub.