Dələduzluqda ittiham olunan "Moon Kids" Uşaq Bağçasının təsisçisi və direktoru Havvaxanım Rüstəmova həbs olunub. Bu haqda bu gün, 3 iyul tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin “qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddələri üzrə istintaq aparılır. Rüstəmova təqsirləndirilən şəxs qismində cəlb edilərək həbs olunub.
Cinayət işi üzrə ibtidai istintaq tədbirləri davam etdirilir.