Bakının Xəzər rayonunun Zirə qəsəbəsində çimərliyə giriş məhdudlaşdırılıb. Bu haqda bu gün, 11 avqust tarixində Bakuplus.az AzTv Xəbər-ə istinadən xəbər verir.
Adıçəkilən ərazidə qumdan ibarət maneələr yaradılıb, çimərliyə gələn sakinlər avtomobili uzaqda saxlayıb piyada gəlməli olurlar. Ərazidə quraşdırılan plakatlarda verilən məlumata görə, ərazidə nə çimməyə, nə də balıq tutmağa icəzə verilmir.
Xəzər Rayon İcra Hakimiyyətinin və yerli bələdiyyənin əməkdaşları məsələ ilə bağlı heç bir açıqlama verməyiblər. Jurnalistlər çimərliyin kim tərəfindən zəbt edildiyini öyrənməyə çalışsalar da, bu cəhdlər uğursuz qalıb.