Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sıxlıq yaradan sürücülərə müraciət edib. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Bildirilib ki, səbirsizlik edib işıqforun son saniyələrini gözləmədən kəsişməyə daxil olan, sonra isə “sarı tor”un üzərində dayanan sürücülər sıxlığın yaranmasına səbəb olurlar.
“Xüsusilə də axşam saatlarında yollarda yaranan sıxlığı daha da artıran bu cür sürücülərin qaydalara əməl etməməsi diqqətdən kənarda qalmır. Belə sürücülərə müraciət edərək bildiririk ki, yollarda sıxlığın yaranmaması bir çox hallarda hər birimizdən asılıdır", – deyə açıqlamada qeyd olunub.
Qaydaları pozan şəxslər 80 AZN məbləğində və 3 bal cərima olunacaqlar.