Nərimanov rayonunda küçə təmir olunur. Bu haqda bu gün, 9 iyun tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Abadlıq işləri rayonun Firdovsi Məmmədov küçəsində aparılır. Uzunluğu 400, ortalama eni isə 9 metr olan küçədə hazırda yararsız səki və bordür daşlarının sökülməsi işləri aparılır. Daha sonra köhnə asfalt-beton örtüyü qazılacaq. Həmçinin layihə çərçivəsində köhnə yağış-kanalizasiya sisteminin bərpası, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri aparılacaq.
Sonda yol nişanları quraşdırılacaq, yeni cizgilər çəkiləcək.
İşlərin qısa müddətdə yekunlaşması planlaşdırılır.
[caption id="attachment_102965" align="alignnone" width="640"]
Foto AAYDA[/caption]