Paytaxtın Nərimanov rayonunda icra başçısı və sakinlər arasında görüş keçirilib. Bu haqda bu gün, 8 mart tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Görüşdə icra başçısı, aparatın məsul şəxsləri, eləcə də Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərin, rayon bələdiyyəsinin, kommunal və digər xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Tədbirdə sakinlərin şikayət və təklifləri dinlənilib, onları narahat edən mövzular müzakirə olunub. Daha sonra bir sıra problemlərin həlli üçün yerində müvafiq tapşırıqlar verilib.
Görüşlərin bundan sonra da davam edəcəyi bildirilir.
[caption id="attachment_93270" align="alignnone" width="640"]
Foto Nərimanov rayon İcra Hakimiyyəti[/caption]