Bakıda məktəbə yeni direktor təyin olunub. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Pərvanə Talıbova paytaxtın Nərimanov rayonunda yerləşən 45 saylı tam orta məktəbin direktoru vəzifəsinə təyin olunub. Təhsil ocağının sabiq direktoru Nəcibə Axundova ötən ilin noyabr ayında 34 nömrəli tam orta məktəbə keçirilmişdir.
45 nömrəli təhsil müəssisəsi 1300 şagirdlik yerə malikdir.