Paytaxtın Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsində yeni piyada səkisi yaradılıb. Bu haqda bu gün, 30 noyabr tarixində Bakuplus.az xəbər verir.
Nərimanov rayon İcra Hakimiyyətindən bildirildi ki, sözügedən ərazidə abadlaşdırma işləri və səkilərin genişləndirilməsi nəzərdə tutulub. Hazırda piyadaların rahat hərəkəti üçün küçə boyunca asfalt örtüyü vurulub, piyada zolağı yenilənib və xüsusi “panduslar” quraşdırılıb.
Daha öncə Bakuplus.az adıçəkilən küçədə piyada keçidinin olmaması və sakinlərin avtomobil yoluna çıxmağa məcbur olması barədə məlumat vermişdi.