top
Nərimanov rayonunda yeni tikilinin eyvanları qonşu binanın pəncərələrinə çıxır
27 aprel 2023, 06:24
- ↺ +

Nərimanov rayonunda yeni tikilinin eyvanları qonşu binanın pəncərələrinə çıxır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Paytaxtın Nərimanov rayonu ərazisində qeyri-qanuni tikili sakinlərin həyatını təhlükəyə atır. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az ARB Xəbər-ə istinadən məlumat verir.

Həsən Əliyev, 33 ünvanında binanın qarajlarının birində təhlükəli vəziyyət yaşanıb. Qarajda olan sütunlara müdaxilə edilib və onlar nazikləşdirilib. Sütunlar artıq üzərindəki ağırlığa tab gətirə bilmir və uçmaq təhlükəsi yaşanır.

Həmçinin sakinlərin yaşadıqları binanın sağ tərəfində heç bir məsafə saxlanılmadan qanunsuz şəkildə 11 mərtəbəli yeni bina ucaldılır. Sakinlər deyirlər ki, 2015-ci ildən binanın yaxınlığında yeni göydələn ucaldılıb. Növbəti binanın tikintisinə isə 2019-cu ilin sonunda başlanılıb. Yeni tikili 2 binanın arasında, hətta onlara bitişik tikilməli idi. Bu isə təhlükəli vəziyyət yaradırdı. Bu səbəbdən aidiyyəti qurumlar işləri dayandırıb və binanın bünövrəsi sökülüb. Amma bir müddət sonra şirkət tikintiyə yenidən başlayıb.

Tikinti şirkətinin nə ərazidəki nəzarətçisindən, nə də telefonla əlaqə saxlayaraq münasibət öyrənmək mümkün olmayıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirildi ki, 2 bloklu 18 mərtəbəli nəzərdə tutulan yaşayış binasının 2-ci girişinin tikintisinə icazə 2020-ci ilin sentyabr ayında komitə tərəfindən ləğv edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi vəziyyətlə bağlı qərarı yerli icra hakimiyyəti və polis idarəsinə göndərib.

Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib ki, tikinti işləri dayandırılıb. Ərazi nəzarətdə saxlanılır.

Yaşayış olan birinci blokun zirzəmisindəki sütunlara müdaxiləyə gəlincə FHN-dən bildirildi ki, yaxın zamanda əraziyə baxış keçiriləcək və hər hansı qanunsuzluq aşkarlanarsa, lazımi tədbirlər görüləcək.

[caption id="attachment_98578" align="alignnone" width="640"]Həsən Əliyev, 33 ünvanı Foto ARB24-ün rəsmi Youtube kanalı[/caption]

Son xəbərlər

Xəbər
Bu gün, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər