Bakının Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən parkdakı uşaq meydançasında təmir işlərinə başlanılıb. Bu haqda bu gün, 7 fevral tarixində Bakuplus.az xəbər verir.
Bakuplus.az-ın park haqda işıqlandırdığı problem öz həllini tapıb.
Nəsimi Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (MKTB) rəisi Nizami Mayılovdan verilən məlumata əsasən, uşaq meydançasında hazırda təmir işləri aparılır. Yararsız hala düşən yelləncəklər, eləcə də digər uşaq qurğuları üçün detallar sifariş olunub və yaxın zamanlarda köhnələrin yerinə quraşdırılacaq.