Paytaxtın Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində yenidənqurma işləri davam edir. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Hazırda yeraltı kommunikasiya xətlərinin müəyyən hissələri yeniləri ilə əvəz olunur, yola yeni asfalt örtüyü vurulur, eləcə də ərazidə piyada səkiləri bərpa olunur.
Paralel olaraq rayonun digər ünvanlarında da təmir-bərpa işləri davam edir.
[URIS id=52364]