Nəsimi rayonunda ağacəkmə aksiyası keçirilib. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə (RİH) istinadən xəbər verir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayonun Seyid Cəfər Pişəvəri küçəsi boyunca ərazidə çinar ağacları əkilib və aksiya zamanı abadlıq işləri aparılıb.
Tədbirdə rayon qurumları, idarə müəssisə və təşkilatlar iştirak edib.