Bakının Nəsimi rayonunda ənənəvi iməcilik keçirilib. Bu haqda bu gün, 29 iyun tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə (RİH) istinadən xəbər verir.
Təmizlik-abadlıq işləri çərçivəsində rayon ərazisində prospekt və küçələrdə yollarda bordürlər, eyni zamanda işıq dirəkləri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyularaq təmizlənib.
Əlavə olaraq, ticarət obyektlərinin vitrinləri, abad həyətlərdə və parklarda ümumi sanitar təmizlik işləri də aparılıb.