Bakının Nəsimi rayonunda ənənəvi olaraq təmizlik işləri aparılıb. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə (RİH) isitnadən xəbər verir.
Təmizlik-abadlıq işləri çərçivəsində rayonun kommunal xidmətləri tərəfindən parklarda, küçə və prospektlərdə səki, bordürlər, yol kənarındakı məhəccərlər yuyularaq təmizlənib.
Əlavə olaraq ticarət obyektlərinin vitrinləri, abad həyətlərdə və parklarda ümumi sanitar təmizlik işləri də aparılıb.