Bakının Nəsimi rayonunda iməcilik keçirilib. Bu haqda bu gün, 5 dekabr tarixində Bakuplus.az Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) mətbuat xidmətinə istinadən məlumat verir.
Aparılan işlər çərçivəsində prospekt və küçələr, səkilər, bordürlər və işıq dirəkləri, yol kənarındakı məhəccərlər, park və istirahət yerlərində yaşıllıqlar, oturacaqlar təmizlənib.
Həmçinin iməcilik zamanı yağış və küləkdən sonra parklarda yaranan problemlər aradan qaldırılıb, abadlaşdırılmış həyət və xiyabanlarda təmizlik işləri aparılıb. Magistral və prospektlərin küçə və yol kənarlarında yerləşən yağış drenajları təmizlənib, məişət tullantılarının atıldığı konteyner meydançalarının ətrafında ümumi sanitar təmizləmə işləri aparılıb.
[URIS id=81752]