Bakının Nəsimi rayonunda abadlıq-təmizlik işləri keçirilib. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə (RİH) istinadən xəbər verir.
Təmizlik-abadlıq işləri çərçivəsində rayonun kommunal xidmətləri tərəfindən prospekt və küçələrdə səki kənarları, bordürlər, işıq dirəkləri, eləcə də yol kənarındakı məhəccərlər və məişət tullantıları konteynerlərinin ətrafı yuyulub.
Əlavə olaraq yağış kürəbəndləri tullantılardan təmizlənib.