Bakının Nəsimi rayonunda ənənəvi olaraq iməcilik keçirilib. Bu haqda bu gün, 25 noyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə (RİH) istinadən xəbər verir.
Təmizlik-abadlıq işləri çərçivəsində parklarda, küçə və prospektlərdə səki, bordürlər, yol kənarındakı məhəccərlər yuyularaq təmizlənib.
Əlavə olaraq payız mövsümü ilə əlaqədar mərkəzi küçə və prospektlərdə, parklarda, abad həyətlərdə xüsusi avadanlıqlarla quru yarpaqlar yığışdırılıb.