Paytaxtın Nəsimi rayonu, Bakıxanov küçəsi, 42 ünvanında yenidənqurma işlərinə başlanılıb. Bu haqda bu gün, 6 dekabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Abadlıq işləri çərçivəsində kök üstdə qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılıb. Hazırda blokların girişində pilləkənlər, eləcə də qapı və pəncərələr yeniləri ilə əvəz olunur.
Yenidənqurma işləri paralel olaraq digər ünvanlarda da aparılır.
[caption id="attachment_81919" align="alignnone" width="640"]
Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]