Bakının Nəsmi rayonu, Mirəli Qaşqay küçəsində piyada səkisi zəbt edilib. Bu haqda bu gün, 5 fevral tarixində Bakuplus.az “Bakı Gündəliyi” Facebook səhifəsinə istinadən xəbər verir.
Piyadalar üçün nəzərdə tutulan səki sürücülər tərəfindən avtomobil dayanacağına çevrilib. Sakinlər bu səbəbdən çəmənliyin üstü ilə hərəkət etməyə məcbur olurlar.
Sakinlərin sözlərinə görə, bu vəziyyət ərazidə ödənişli parkinq yaradılandan sonra başlayıb.