Bakının Nəsimi rayonunda növbəti iməcilik baş tutub. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə (RİH) istinadən xəbər verir.
Təmizlik-abadlıq işləri çərçivəsində rayon ərazisində prospekt və küçələrdə yollar, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyulub.
Həmçinin ərazidə yerləşən ticarət obyektlərinin vitrinləri də təmizlənib.
Abadlıq-təmizlik işlərində sakinlər, həmçinin idarə və təşkilatların nümayəndələri iştirak ediblər.
Hazırda rayonun müxtəlif ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.