Bakının Nəsimi rayonunda ənənəvi iməcilik keçirilib. Bu haqda bu gün, 10 fevral tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə (RİH) istinadən xəbər verir.
Təmizlik işləri çərçivəsində rayonun kommunal xidmətləri tərəfindən prospekt və küçələrin səki kənarları, bordürlər, işıq dirəkləri, həmçinin yol kənarındakı məhəccərlər və məişət tullantıları konteynerlərinin ətrafı, eləcə də parklarda heykəllərin ətrafı yuyularaq təmizlənib.
Əlavə olaraq, rayon ərazisində ictimai yerlərdə təmizlik-dezinfeksiya işləri aparılıb.
[caption id="attachment_129281" align="alignnone" width="640"]
Foto Nəsimi Rayon İcra Hakimiyyəti[/caption]