Nəsimi rayonundan olan şəhidlərin əziz xatirəsi yad olunub. Bu haqda 1 dekabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Nəsimi RİH-nin başçısı aparatının məsul əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igidlərin əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.