Bakının Nəsimi rayonunda bu gün, 16 iyul saat 23:55-dən etibarən qaz xəttinin yerinin dəyişdirilməsi aparılacaq. Bu haqda bu gün, 16 iyul tarixində Bakuplus.az “Azəriqaz”a istinadən məlumat verir.
Təmir işləri ilə əlaqədar rayonun C.Məmmədquluzadə, Akademik H.Əliyev, Salamzadə, Y.V.Çəmənzəminli, C.Səlimov və Novruzov qardaşları küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.